Buğlama - Balba - Bomba

Buğlama , Balba və ya Bomba...Şəkildə gördüyunüz yeməyin adı bizdə Qarabagda belə adlanır 

Hazırlanması:

Hərəsindən 1 böyük dəstə olmaqla əmə - köməci, keşniş, şüyüd, ispanaq, dağ keşnişi, cəfəri , əvəlik ( kənd yerlərində daha müxtəlif çeşidli yabanı otlar da əlavə etmək olur) təmizlənib , doğranır, yuyulur. Qazanda 2 əd soğan xırda doğranıb qızardılır , duz istiot, sarıkök vurulur. Üzərinə 2 stəkan su alıb qaynamağa qoyuruq. Qaynayan kimi 1 stəkan yumru düyü yuyulub əlavə edilir. Düyü yumşalan kimi göyərtiləri əlavə edib qarışdırıb mövsümə görə turşu tökürük . Nar, zirinc, zoğal, gavalı , qışda isə quru meyvə əlavə olunur . Biz zoğal axtası istifadə etdik .

Nuş olsun .