Fəsəli

Qarabag mətbəxində çox istifadə edilən sevilən təamlardan biri də Fəsəlidir . Fəsəli demək olar ki, Qarabağın hər bir yerində hazırlanır xüsüsi hazırlanma qaydalasına görə seçilən Qarabag Fəsəlisi nəfis xarici görünüşü ilə seçilir . Çox nazik yayılmış yuxalardan hazırlanmış Qarabağ Fəsəlisi diqqət çəkir. Əvvəllər Qarabagda kimin həyətində ilan görünərdisə mütləq fəsəli bişirərdi bunun səbəbini bilən varsa yazsın .. Fəsəlinin hazırlanma qaydasını nəzərinizə çatdırırıq : Un ,Su,Süd,Duz və Mayadan ibarət xamır yogrulur. Acımasını gözləyirik. Xamırı 5 bərabər hissələrə bölüb yuxalar hazırlayırıq və üzərinə dağ olunmuş yağ çəkirik (miqdarı zövqə görə). Bu qayda ilə 5 ədəd yuxanı üst üstə yığıb rulet formsında bükürük .Rulet formasında olan xamırı baş tərəfindən içəri dogru büküb əlimizlə xamıra forma veririk çəngəllə üstünü deştəkləyib əvvlcə bir tərəfini sonra çevirib digər tərəfini qızardırıq. Qarabagda Fəsəlini əsasən dibi çox qalın olan saplicada hazırlayırlar bu fəsəlinin içərisinin daha yaxşı bişməsimə və üzünün yanmaması üçün yaxşıdır. Fəsəlini şirin xoşlayanlar hazırlanma prossesində bal və ya şəkərdən istifadə edə bilərlər.