Qarabag Mətbəxi - niyə təbliq olunmalidir

Qarabag Mətbəxi adi ilə komandamız yarandığı gündən 2008 ci ildən  bu günə kimi dayanmadan fəaliyyət göstərib az çox Qarabağın mətbəx mədəniyyətini qorumağa onu tanıtmaga fərqli bir dada malik olan bir mətbəxə sahib olmamızı hər kəsə çatdırmağa çalışmışıq.

Bu işə öz əməyii vermiş( GM və AR)  insanlara əvəəlcədən dərin təşəkkürümü bildirirəm .
Illərdir bu sahə ilə maraqlanır daim nəzarətdə saxlayırıq ümumiyyətlə Azərbaycanda mətbəxə onun təbligatına ayrılan diqqət ümumilikdə və ya bölgələrin ayrı ayrıqda mətbəxinə yanaşmanı görülən işləri daim diqqət mərkəzində saxlamışıq bu sahədə olan uğurlarımız bizi sevindirsə də uğursuzluqlarımıza üzülmüşük .
Dagliq Qarabag məsələsi bu gün Azərbaycanın ən ümdə gündəlikdə olan ən çox müzakirə edilən məsələsidir . Yurdumuz talan olunub tar mar edilib və bu gun də işğal altındadır .
Yüksək səviyyələrdə müxtəlif qurumlarda ATƏT BMT və s təşkilatların müzakirə mövzusu olan Qarabag məsələsi bu gunə qədər həllini tapmamış qalıb . Məhz Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabag mövzusu muzakirə edilir .
Əsində bunun mətbəxə nə dəxli var deyə sual verə bilərsiniz .
Biz illərdi dünyaya sübut etməyə çalışırıq ki Qarabag və onun ətrafındakı rayonlar bizimdir Azərbaycanın biz bunu hər bir üsulla bütün dünyaya çatdırmağa çalışırıq hər bir məclisdə görüşlərdə istər KİV istər QHT lər istər Diaspora istərsə də Dövlət səviyyəsində dayanmadan təbligatını davam etdiririk . Bu hər bir Azərbaycanlının vicdan borcudur .
Bir toplumu hər hansısa bir cəmiyyəti digərinə tanıtmaq üçün onun mədəniyyəti mətbəxi elmi inkişaf üstünlükləri əsas mövzulardan hesab edilir .
Qarabag torpağına iddialı olan Ermənilər bu gün bütün Qarabağı işgal edərək de fakto sahibləniblər .
Oranı bir erməni torpağı hesab edərək özününkuləşdirməyə can atırlar tariximizə muzeylərimizə daş yaddaşlarimiz olan bütün abidələrimiz yəni faktiki subutlarımız onların əlindədir istədikləri kimi təqdim edir dəyişdirir və məhv edə bilirlər .
Ancaq hər bir toplumun maddi tarixi abidələrindən yazili dash kitabələrindən başqa mənəvi yaddaşı folkloru soz inciləri mətbəxi ozunə xas mədəniyyəti mövcuddur .Bütün bunlar isə əlimizdə olan çox dəyərli qiymətli xəzinələrdir ki biz Qarabaga aid hər bir məlumatı Qarabağı görmüş orda yaşamış onanın gözəlliyini duymuş insanların ruhundan alıb yaddaşlara köçürək yaşadaq dəyərləndiək və təbliq edək .Mətbəx bu mənəvi yaddaşın digər toplumlara çatdırılması üçün ən gözəl və effektiv vasitədir .
Ermənilər bu mövzuya çox diqqətlə yanaşir Qarabağ Mətbəxi adı altında çox geniş təbligat qururlar onlar butun bu təbligati düşünülmüş şəkildə qurur bunun üçün çox işlər görürlər .
Niyə məhz onlar təbliğatlarını Erməni mətbəxi və ya Artsax Mətbəxi deyə deyil məhz Qarabag Mətbəxi adi altında qurublar ?
Bunun sadə cavabı var bu ərazini dünyada hər kəs Qarabag və ya Karabax kimi tanıyır və onlarda Qarabağın onlara aid olmasını dünyaya sübut etməyə çalışdıqları üçün təbligatlarının daha effektli olması üçün özlərinə düşmən hesab etdikləri millətin dilində amma ozlərinə aid təbligat qurublar .
Bir əcnəbi o torpaqları Qarabag kimi taniyir Qarabag sozunun Ermeni və ya Turk dilində olmasını hər hansı bir rusiyali yaxud da ki avropalı üçün o qədər əhəmiyyəti yoxdur . Əyər internet məkanından Qarabag haqqında onun mətbəxi haqqında məlumat toplamağa çalışarsa qarşısına erməni mənbələri çixması bizim bu təbligatda uduzmamız deməkdir . Biz nə qədər dünyaya car çəkərək qışqırsaq da faktlar ortaya qoysaq da Qarabag bizimdir Qarabağın mətbəxi Azərbaycanın mətbəxi ilə eynidir heç fərqi yoxdur desək də artıq kiməsə nəsə subut etməyə nail ola bilmərik onlarla yuzlərlə ermənicə erməni mətbəxini təbliq edən məlumatların qarşısında bizim səsimiz eşidilməz olacaqdır .
Bu bir reallıqdır bir əraziyə hər hansi bir toplum ona sahib olmasını iddia edirsə demək o toplum mövcuddur onun danışdığı dil var öz mədəni keyfiyyətləri dini mətbəxi var və onunla seçilir tanınır təbliq olunur əyər bir yerdə bu keyfiyyətlər varsa demək onu daşıyan yaşadan insanlar var dirəniş var torpağın sahibi var onu geri istəyən var bu mədəniyyəti mətbəxi tar mar olmuş qaçqınlıq həyatında yaşadan milyonlar var .
Əyər internetdə Qarabag Məbəxi .Karabaxskaya Kuxnya adı ilə axtarış versəniz ozünüz şahidi olarsınız
Sizin üçün bəzi məlumatları yerləşdirmişik

 

Bu gun səhifəmizdə təbliğatımıza qısqancliqla yanaşan insanlarla rastlaşırıq bəzən bu insanlaın rəylərində çox qərəzli həttda bəzən təhqir dolu ifadələr yer alır. Məsələn hər hansı bir yemək haqqında yazanda və ya paylaşım edəndə bunun nəyi Qarabağın oldu deyə qısqanclıq edirlər .
Düşünürəm yuxarıda qeyd etdiyim səbəblər mətbəximizin təbliginin nə qədər əhəmiyyətli olması düşüncəli insanlara kifayyət etdi.
Kifayyət etməyənlərə də bəzi açıqlamalar verim ki bir ürəklərində şübhə qalmasın .
Qarabag Mətbəxi Azərbaycanda xüsusi dadı və müxtəlifliyi ilə ilə seçilən mətbəxdir . Qarabağ yeməkləri onu hazırlayan insanların əlinin dadı ilə bərabər eyni zamanda Qarabag torpağında yetişən bitki ortüyü orda yetişən heyvan və ya quş ətinindən hazırlanması ilədə seçilir .
Bu danılmaz faktdır Azərbacanda torpağının keyfiyyətinə bitki örtüyünün müxtəlifliyinə və eyni sahədə yetişən yabanı ot bitkilərinin sayına görə digərlərindən dəfələrlə üstün olması təbii ki orda yetişdirilən heyvanların etinin dadında özünü göstərir . Təsadüfi deyil ki bu gün Azərbaycanda təlabat olan yerli ət istehsalının 65 -70 % faizi demək olar ki 90 % ərazisi işgalda olan Qarabag bolgəsinin ( Agcəbədi ; Bərdə ; Agdam ; Füzuli ; Beyləqan ; Tər Tər ) payina düşur . Agzının dadını bilən sadə vətəndaş bazara gedəndə məhz Qarabag əti soruşur . Bir sıra kafeləri işlədən sahibkarlar Səki Pitisi dadli alınması üçün məhz qəssəblərdə Qarabag ətinin daimi müştəriləridir .
Qarabağda balıq olmayıb deyən və Qarabaği görməyən bəzi yoldaşlara kiçik xatırlatma vermək istərdim Qarabagda Kəlbəcərdə dunyada tayi bərabəri olmayan çox nadir Qizil Balıq yetişdirilirdi ki süfrələrimizibəzəyirdi ( bu gün menfur ermənilər ondan yararlanır haramları olsun ) Araz cayi Qarabağin cənub sərhədindən keçirdi Sərsəng su anbarının ; Xaçın ;Qar Qar ; Tər tər; caylarının Ag Gölün balıgı Qarabağ süfrələrinə yetərincə bəs edirdi .
Azərbaycanin milli kulinariya mərkəzinin direktoru Tahir Əmiraslanovun müəllifi oldugu Qarabag Mətbəxi adli bir kitabda da bu barədə çox dəqiq və ətrafli yazilmışdır bax səh ;
Qeyd etmək lazımdır ki Azərbaycan yeməklərinin hazırlanmasında əsas ərzaqlar ət toyuq və balıqdan ibarət oldugunudan və ən dadlı ət və balıq məhsullarının məhz Qarabag torpağnda yetişdirildiyi elmi və məntiqi əsaslara söykəndiyində Qarabağ yeməklərinin dadı yalnız onu hazırlayan aşbazların məharətindən asılı olaraq qalır.
Qarabaglı aşbazların çalışdıqları restoran və kafelərdə yediyimiz yeməklərin dadını ozünün yaxşı ayrıd edə bilərsiz ad çəkmirəm ki reklam olmasın .
Çox uzaga getməsək hər kəsin bir qarabaglı qonşusu olmamiş deyildir hər bir orta statistik agız dadını bilən qarabağlının evində bişən hər hansı bir yemək Azərbaycanda etalon hesab edilə bilər .

Anar .