Murad Rzayev

Murad Rzayev 1947-ci ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olub. 1954-cü ildə 3№-li orta məktəbdə təhsil alıb. Hələ orta məktəbdə oxuyarkən Güllücə kəndində fəhlə işləmiş, elə balaca vaxtlarından da Ağdam rayon Xalq Teatrında bir çox tamaşalarda rollar oynamış, Respublika"Teatr Cəmiyyəti"nin fəxri fərmanına və diplomlarına layiq görülmüşdür. 1964-cü ildə orta məktəbi bitirib və həmin il Üzeyir Hacıbəyov adına Ağdam Musiqi Texnikomunun xor-dirijorluğu şöbəsinə daxil olub. 1968-ci ildə texnikomu bitirib və hərbi xidmətə yollanıb. 1970-ci ildən, 1971-ci ilin may ayına kimi Ağdam Rayon Mədəniyyət evində bədii rəhbər vəzifəsində çalışıb. Rayonda ilk dəfə olaraq müəllim və şagirdlərdən ibarət xor-qrupu və estrada orkestiri yaratmışdır.[1] 1971-ci ilin may ayında Ağdam Rayon Komsomol Komitəsi bürosunun qərarına əsasən Ağdam Rayon Pioner və Məktəblilər Evinin (indiki Uşaq Yaradıcılıq Mərkəzi) müdiri vəzifəsinə təyin olunub. Hazırda da həmin vəzifədə çalışır. Məktəbin direktoru olmaqla yanaşı burada "Qarabağ bülbülləri" ansamblını yaradıb.Azərbaycan SSR Komsomol Komitəsinin təqdimatına əsasən 1977-ci ildə Zaqafqaziya məktəbinə qiyabi daxil olub, 1979-cu ildə həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra həmin ildə Mədəniyyət və İncəsənət Universitetinin Mədəni-Maarif fakültəsinə daxil olub. 1984-ci ildə universiteti bitirib. Bədii rəhbəri olduğu "Qarabağ bülbülləri" ansamblı dünyanın əksər ölkələrində, Azərbaycanı Moskovada Kremlinin Qurultaylar sarayında,SSRİ-nin Böyük Teatrında,Xalq Təssərüfatı Naliyyətlər sərgisində, mahnı festivallarında təmsil edərək, 40 qızıl medal, 100-dən cox fəxri fərman almış, 12-sənədli və bədii filmlədə çəkilərək Zaqafqaziya Ümumittifaq və Beynəlxalq Festivallar Laureatı adına layiq görülmüşdür. Həmin illərdə onun qabaqcıl iş təcrübəsi respublika miqyasında yayıldığına, mədəniyyət və incəsənət sahəsində istedadlı şagirdlər yetişdirdiyinə görə 1976-cı ildə Respublikanın ”Qabaqcıl Maarif Xadimi”, 1989-ci ildə isə ”SSRİ-nin Maarif Əlaçısı” fəxri adına layiq görülmüşdür. Eyni zamanda da Azərbaycan müəllimlərinin VI-cı Qurultayının nümayəndəsi olmuşdur.Rəhbərlik etdiyi “Qarabağ bülbülləri” ansamblı respublikanın mədəni kütləvi tədbirlərində, o cümlədən bir çox xarici ölkələrdə çıxış etmiş və qazandığı nəaliyyətlərinə görə keçmiş “Sovet İttifaqı Mərkəzi Komitəsinin”, ”SSRİ Xalq Təsərrüfatı Nəaliyyətlər Sərgisinin”, Ağdam Rayon Partiya Komitəsinin”, Ümumittifaq Komsomolun Mərkəzi Komitəsinin”, ”Pioner Təşkilatının Mərkəzi Komitəsinin”, ”Ümumittifaq Pioner Təşkilatının döş nişanını, ”Təhsil Nazirliyinin” fəxri diplomunu, ”Ümumittifaq Baxış müsabiqələrinin” diplomlarına, “Ümumittifaq Xor-Cəmiyyətinin “döş nişanına, ”II-ci Beynəlxalq Musiqi Festivalının” diplomuna, ”Mədəniyyət və Təhsil Nazirliyinin”, ”Azərbaycan Qaçqın və Məcburi köçkün Gənclər Təşkilatının”fəxri diplomuna, ”Qafqaz-Media İctimai Birliuyinin”diplomuna, ”Yeni Azərbaycan Partiyası Ağdam Rayon Komitəsinin” diplomuna, “Respublika Xalq Yaradıcılığı Festivallarının“diplomuna, “Azərbaycan Dövlət Televiziyasının” fəxri diplomuna, milli muğam sənətinin təbliği və inkişafındakı xidmətlərinə görə”Milli Muğam Musiqi Oskar” mükafatına, ”Əsrin Ziyalısı” fəxri diplomuna, o cümlədən “İcra Hakimiyyətinin” fəxri fərmanına və hədiyyələrinə, ”Daxili və Sərhəd Qoşunlarının”, ”Cəbhə bölgələrində, N-hərbi hissələrin” fəxri fərmanlarına, Oskar Mədəniyyət Qəzeti” İlin Müəllimi” adına, müxtəlif dövlət təşkilatlarının musiqi festivallarının 5-ədəd laureat medalına layiq görülmüşdür.[2]

Onun tələbələrindən bir çoxu Azərbaycanın Xalq və Əməkdar artistləri,Əməkdar Mədəniyyət işçisi,tanınmış müğənni və xanəndələrdir. Xalq artistləri:Nəzakət Teymurova, Aygün Bayramova, Əməkdar artistlərdən:Cabir Abdullayev, Feyruz Səxavət, Teymur Əmrah, Sevinc Sarıyeva,Əməkdar Mədəniyyət işçisi:İlhamiz Paşayev, tanınmış müğənni və xanəndələr: Tacir Şahmalıoğlu (Tacir Allahverdiyev), Araz Hüseynov, Yaqut Qarabağlı,Vüsalə Musayeva,Arzu Fərhadov və başqalarını misal göstərmək olar. Murad müəllimin müəllifi olduğu onlarla mahnılar, rənglər respublikamızın görkəmli xanəndələrinin, eyni zamanda Respublikanin Xalq artisləri Mirzə Babayevin, Flora Kərimovanin, Oqtay Ağayevin, Qədir Rüstəmovun, Əməkdar artisti Zöhrə Abdullayevanın, müğənlilər Lalə Dadaşovanin, Əməkdar artist Teymur Əmrahın, Elnur Zeynalovun və başqalarının ifasında səslənmişdir. Azərbaycanın musiqi tarixində ilk dəfə "Bayatı Şiraz" muğamını improvizə edərək (Tacir Şahmalıoğlunun ifasında) tarixə düşmüşdür. Bu improvizə Qarabağa həsr olunan bütün film və verlişlərdədə istifadə olunur. Bunlardan əlavə respublikamizin bütün dövlət televiziya kanallarında çıxış edib. Murad müəllimin və ansamblın haqqında 10-yaxın kitablar nəşr edilmişdir. Murad müəllimin pedoqoji faliyyətə başladığı illərdən etibarən və "Qarabağ bülbülləri" yarandığı gündən həyat və pedoqoji faliyyətini ve eyni zamanda ansamblın fəaliyyətini özündə əks etdirən yüzlərcə video kassetlər, disklər çəkilmiş və çəkilməkdədir.[3]

Hal-hazırda bu kasetlər, şəkillər, mətbuat səhifələrində yazılmış küllü miqdarda məqalələr, proqramlar, dəvətnamələr, afişalar Ağdam Dövlət Dram Teatırının tamaşalarına yazdığı musiqi proqramları və ansamblın fəaliyyətinə görə təşəkkür məktubları, hədiyyələr məktəbin fonunda və Murad müəllimin şəxsi arxivində qorunub saxlanılır. Gənc nəslin təlimin vətənpərvərlik və estetik tərbiyyəsinə görə 1993-cü ildə Təhsil Nazirliyinin kollegiyasında Murad Müəllimin iş təcrübəsi müzakirə edilərək, təşəkkür edilib və bu barədə Azərbaycan Müəllimi qəzetində bütünlükdə bu material dərc olunmuşdur.

1988-ci ildə Ağdam Rayon Mədəniyyət Sarayında Murad müəllimin 40-illik yubleyi, 2007ci-ildə isə Rəşid Behbutov adına Mahnı Teatırında Azərbaycanın görkəmli ziyalıları, millət vəkilləri, şairlər, yazıcı, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə 60 illik yubleyi təntənəli şəkildə qeyd olunmuş, Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyəsi təqdim olunmuşdur. 2012-ci ildə isə R.Behbudov adına Mahnı Teatrında 65-illik yubleyi və rəhbərlik etdiyi "Qarabağ Bülbülləri" ansamblının 40-illiyi Azərbaycanın görkəmli ziyalıları, Millət vəkilləri, Şair, Yazıçı,İncəsənət xadimlərinin iştirakı ilə təntəli şəkildə qeyd olunmuşdur. Tədbirdə aparılan çəkilişlər bütün televiziya kanalları və internet vasitəsi ilə respublikamızın ictimayiyyətinə nümayiş etdirilmişdir Hal-hazırda respublikanın mədəniyyət və incəsənət aləmində tanımaqla, rayon və respublika ictimaiyyəti arasında böyük nüfuza malik olmaqla bərabər yenədə yorulmadan respublikamızın ifaçılıq sənətinə layiq gənc, istedatlı ifaçılar yetişdirməkdə davam edir.