Məmməd Məmmədov (İsgəndər oğlu)

Məmməd İsgəndər oğlu Məmmədov 25 iyun 1904-cü ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuşdur. O, hələ gənc yaşlarından atası İsgəndər kişinin köməyinə çatmış ailənin dolanşaçağına yaxından köməklik göstərmişdir.

1926 ildə Gəncə şəhərindəki Azərbaycan diviziyasının ikinci polkunda xidmətə başlamış, nümunəvi xidmətinə görə hərbi məktəbə göndərilmiş və 1928 ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyünə qəbul olunmuşdur.

Əfətli Kənd Sovetinin sədri (1931), Üçoğlan Kənd Sovetinin sədri (1932) vəzifələrində işləmişdir. 1934-37 illərdə Ali Partiya Məktəbində oxumuşdur.O, 1937-42 illərdə Tərtər Rayon MTS-nin direktor müavini vəzifəsində çalışmışdır.

Böyük Vətən Müharibəsində kapitan rütbəsi ilə 223-cü diviziyasının tank əlehinə divizionunda xidmət etmiş, 1946-cı Avstriyanın Ştakart şəhərindən ordu sıralarından tərxis olunmuşdur.

1946-1972 illərdə Tərtər (Mirbəşir), Beyləqan (Jdanov), Ağdam rayonlarında İcraiyyə Komitəsinin sədri, Azərbaycan Kommunist Partiyasının Jdanov (Beyləqan) Partiya Komitəsinin birinci katibi, Ağdam rayonunda Natəvan adına sovxozun direktoru, kolxoz sədri vəzifələrində işləmişdir. 1972 ildə Ağdam rayon Yeyinti Sənaye İşçiləri Həmkar İttifaqının sədri seçilmişdir.

Azərbaycan Kommunist Partiyasının XV, XXII və XXIV qurultaylarının nümayəndəsi olmuşdur. 1947-ci ildə pambıqçılıq sahəsində yüksək göstəricilər əldə etmişdir. 2 dəfə II dərəcəli Böyük Vətən müharibəsi ordeni ilə təltif olunmuşdur.

1948 ildə Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, “Qızıl ulduz” və Lenin ordeni, “Əməkdə igidliyə görə” medalı ilə təltif edilmişdir.

1981-ci ildə vəfat etmişdir. Övladlarından yalnız Vaqif Məmmədov sağdır və hal-hazırda Ağdam rayon Quzanlı qəsəbəsində yaşayır.