Ağdamı Azərbaycan Premyer Liqasında "Qarabağ" təmsil edir. Ermənistan Silahlı Qüvvələrinin Ağdam şəhərini işğal etdikdən sonra Qarabağ ev oyunlarını bir müddət Quzanlı qəsəbəsində, daha sonra isə paytaxtda, Bakıda keçirirdi. 2017-ci il avqustun 24-də "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. 1950-ci ildən Qarabağ müharibəsindən qədər şəhərdə "İmarət" Stadionu yerləşirdi.