Qədim Azərbaycan çörək növü Xamralı

Qədim Azərbaycan çörək növlərindən biri-Xamralı...

Xamralı çörək növüdür . Qədim zamanlarda çox hazırlayırmışlar.
O vaxtlar karvana çıxan Türk ordu əsgərləri bu çörəyi özlərine azuqe kimi götürərlərmiş. .
Tez bayatlamadığından uzun yol üçün çox gözel nemətlərdən biri imiş.
Bərkidikde ocaq daşı üzerinde isiden kimi təzə isti çörək kimi olurmuş.
Xamralı
5 st un
1 ç/q duz
1 ç/q şəkər
2 ç/q maya
2 st ilıq su az ve ya çox gələ bilər su.
Hazırlanması;
Un ələnir,duzu səpilir. Maya,şəkər ilıq az suda isladılır. Dincələn maya qarışımı una əlavə edilir. Sonra ilıq suyu da az-az əlavə əderek cuyuq çörek xemiri yoğrulur.
1 saat, saat yarım hardasa mayalanmağa qoyulur. ( isti yerde ve üzeri bükülü formada )
Mayalanan xəmirdən 5-6 künde tutulur.
Kündələr 10-15 dəqiqə dincəldilir.
Hazır olan kündələri bir-bir əlimizlə üzərinə basaraq yayırıq. ( qalınlığı bir barmaq ölçüsünde )
Sac ve ya qalın tavada her iki tərəfini də bişiririk..