Şİrİn Mİrzəyev

Şirin Vəli oğlu Mirzəyev 05 may 1947-ci ildə Xankəndində anadan olmuş,.18 iyun 1992-ci ildə Şirin Mirzəyev Xankəndinə gedəcək qələbə yolu hesab etdiyi Xaçın qəsəbəsində yerləşən taburun qərərgahından Əliağalı kəndindəki postlara qədər olan beş kilometrlik yolda minaya düşərək həlak olmuşdu.Xalqın qəhrəman oğlu polkovnik-leytenant Şirin Vəli oğlu Mirzəyev ən yüksək ada -Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü.

ALLAHVERDİ BAĞIROV

Allahverdi Teymur oğlu Bağırov 22 aprel 1946-cı ildə Ağdam şəhərində anadan olmuş.12 iyun 1992-ci ildə Naxçivanik uğrunda gedən döyüşdə qələbə qazandıqdan sonra Ağdama çağrılan cəsur komandir yolda baş verən qəfil partlayış nəticəsində həlak olmuşdu.Qorxmaz komandir Allahverdi Bağırov ən yüksək ada: Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü.

FRED ASİF

Asif Yusif oğlu Məhərrəmov ( Fred Asif) 27 iyul 1952-ci ildə Ağdam rayonunda anadan olmuş, Fred Asifin komandiriyi ilə Şelli, Aranzəmin, Naxçivanik, Abdal-Gülablı , Pircamal, Ağbulaq, Dəhraz və neçə-neçə kəndlərin düşməndən azad edilməsi uğrunda qəhrəmanlıqlar göstərmişlər.Asif Məhərrəmov ağır xəstəlikdən 01 iyul 1994-cü ildə Yaltada əbədiyyətə qovuşmuşdur.Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü

İXTİYAR QASIMOV

İxtiyar Qasım oğlu Qasımov 22 mart 1970 –ci ildə Ağdam rayonunun Salahlı kəndində anadan olmuşdur. İ.Qasımovun igidliyinin , mərdliyinin sorağı hər yana yayılmışdı.Milli ordumuzun 15 kilometrə qədər irəliləməsində , neçə-neçə kəndlərimizin düşməndən təmizlənməsində , erməni yaraqlılarının əsir götürülməsində göstərmiş olduğu qəhrəmanlıq və digər sayagəlməz xidmətləri yüksək qiymətləndirərək , 9 dekabr 1992-ci ildə ölkə Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhramanı adına layiq görülmüşdür.

nATİQ ƏHMƏDOV

Natiq İlyas oğlu Əhmədov 01 sentyabr 1969-cu ildə Dağlıq Qarabağın Kosalar kəndində anadan olmuş, 1975-ci ildə köçüb Ağdam rayonunun Novruzlu kəndində məskunlaşmışlar. 1991-ci ilin sentyabr ayının 26 –da qəhrəmancasına həlak olmuşdu.Natiq Əhmədov dövlət, xalq qarşısında misilsiz xidmətləri layiqincə qiymətləndirilərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü.

FAİQ AĞAYEV

Faiq Alış oğlu Ağayev 06 iyun 1969-cu ildə Ağdam rayonunun Papravənd kəndində anadan olmuş, 1986-cı ildə kənd orta məktəbini bitirmişdi.1987-89-cu illərdə Moskva şəhərində hərbi xidmətdə olmuşdur.Vətəninin ağır günündə onun müdafiəsində dayanmaq üçün Ağdam rayon Polis İdarəsinin nəzdində yaradılmış post-patrul alayına işə qəbul olunur.Müxtəlif döyüş əməliyyatlarında mətinliklə döyüşmüşdü.F.Ağayev Laçın , Kəlbəcər , Qubadlı,Cəbrayıl ,Zəngilan rayonlarında döyüşlərdə iştirak etmişdi.Quşu gözündən vuran Faiq erməniləri də sərrast atəşi ilə gözündən vuraraq o, dünyaya vasil edirdi .1991-ci il dekabrın 23-də gedən döyüşdə yaralanaraq həlak olmuşdu.Xalqın yaddaşına əbədi həkk olunmuş Faiq Ağayev Vətən, xalq yolunda misilsiz xidmətləri yüksək qiymətləndirilərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü.

NADİR ƏLİYEV

Nadir Alış oğlu Əliyev 30 iyun 1962-ci ildə Ağdam rayonunun Əliağalı kəndinin Kolanı obasında dünyaya gəlmiş.Leytenant Nadir Əliyev 836 saylı Ağdam ərazi özünmüdafiə alayının komandiri Şirin Mirzəyevlə çiyin-çiyinə verərək hücum əməliyytaları hazırlayır və əməliyyatın uğurla keçirilməsində var qüvvəsini əsirgəmirdi.İyulun 22-də düşmən Qiyaslı kəndi istiqamətindən Ağdama hücuma keçdi vətənin igid oğlu baş leytenant Nadir Əliyev döyüşdə sinəsindən üç güllə yarası alaraq həlak oldu.Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü.

bAXŞEYİŞ PAŞAYEV

Baxşeyiş Xanəhməd oğlu Paşayev 01 may 1936-cı ildə Ağdam rayonun Əhmədavar kəndində anadan olmuşdur..12 iyun 1992-ci ildə 863 saylı hərbi hissəyə Xanabad kəndini ələ keçirmək tapşırığı verildi.Lakin həmin döyüşdə həlak oldu.Baxşeyiş Paşayev Vətən qarşısında yüksək xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü.

YELMAR EDİLOV

Yelmar Şahmar oğlu Edilov 10 aprel 1946-cı ildə Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdu, 1965-ci ildə kənd orta məktəbini bitirmiş 1968-70-ci illərdə hərbi xidmət çəkmişdir.1992-ci ildə Edilovlar bir yerə toplaşaraq Şirin Mirzəyevin əmri ilə “diversiya” qrupu yaratdılar və Yelmar Edilov qrupun komandiri təyin olundu..Plemyotu sinəsinə sıxıb düşmənə göz açmağa imkan verməyən cəsur komandirə tank mərmisi tuşlandı və qəhrəmancasına əbədiyyətə qovuşdu.Vətən naminə xidmətləri yüksək qiymətləndirilərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

ƏLABBAS İSGƏNDƏROV

Əlabbas Qara oğlu İsgəndərov 25 iyun 1958-ci ildə Ağdam rayonunun Kürdlər kəndində anadan olmuşdur. 4 mart 1992-ci ildə keçirilən döyüş əməliyyatında özü də iştirak edərək öndə getdi.Cəsur döyüşçülərimiz vuruşa-vuruşa irəliləyir, düşmən yuvasına od vururdular.Qarşıdakı evlərin birində pulemyot susmaq bilmirdi, döyüşçülərimizə itkilər verirdi.İgid döyüşçümüz avtomatıı sinəsinə çıxıb düşməni susdurdu.Əfsanəvi qəhrəman özü də düşmən gülləsinə tuş gəldi, lakin bir daraq gülləni düşmənin bədəninə dolduraraq onu da məhv etdi.Xalqımızın qeyrətli oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü .

FAZİL MEHDİYEV

Fazil Umud oğlu Mehdiyev 20 avqust 1966-cı ildə Laçın rayonunun Ələkçi kəndində anadan olmuş, 1972-ci ildə köçərək Ağdam rayonunun Abdal-Gülablı kəndində məskunlaşmışdılar.1984-cü ildə Gülablı kənd orta məktəbini bitirmiş sonra hərbi xidmətə yollanmışdır.O, Xocavəndin Qarabağlı, Əmrallar, Muğanlı, Şuşanın Kosalar, Xocalıda, Ağdamın Cinli, Əliağalı kəndlərində gedən döyüşlərdə iştirak etmişdi.21 sentyabr 1991-ci ildə xalqımızın igid oğlu Fazil Mehdiyev qəhrəmancasına həlak olmuşdu.Fazil Mehdiyev canından çox sevdiyi vətən naminə xidmətləri yüksək qiymətləndirlilərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür

RÖVŞƏN HÜSEYNOV

Rövşən Şamil oğlu Hüseynov 22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuşdur.11 may 1992-ci ildə qəhrəmancasına həlak olmuşdu.14 may diplom işinin müdafiəsi qəhrəman döyüşçüyə qismət olmadı.Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü.

CANPOLAD RZAYEV

Canpolad Yaqub oğlu Rzayev 05 sentyabr 1969-cu ildə Ağdam rayonunun Çuxurmərhələ kəndində anadan olmuş ,1985-ci ildə Əhmədavar kənd orta məktəbini bitirmişdir. 26 fevral , qanlı Xocalı facisəi günü Xocalılara kömək məqsədilə hərbi hissənin bütün heyəti döyüşə atıldı.Həmin döyüşdə Canpolad Rzayev BRDM-indən açılan güllələrdən həlak olur.Xalqımızın tarixinə qəhrəmanlıq salnaməsi yazmış Canpolad Rzayev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür

HİDAYƏT RÜSTƏMOV

Hidayət Eldar oğlu Rüstəmov 19 avqust 1970-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuş,səkkizillik məktəbi bitirdikdən sonra Ağdam rayon 50 saylı TPM –də sürücülük ixtisasına yiyələnmiş, idmanın sambo növü ilə məşğul olmuşdur.Onun qorxmazlığına görə ona “Mirpaşa” ləqəbi də vermişdilər.Dekabr ayının 23-də baş verən döyüşdə tankdan atılmış mərmidən Hidayət Rüstəmov həlak olmuşdu.Vətən uğrunda xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü.

New headline

Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit. Aenean commodo ligula eget dolor. Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit leget dolor. Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit. Aenean commodo ligula eget dolor.

RÖVŞƏN ƏKBƏROV