Məcid Şamxalov

Məcid Şamxalov 1907-ci il mayın 2-də Ağdam rayonunun Gülablı kəndində anadan olmuşdur. İbtidai təhsilini kənddə almış, 1918-ci ildə ailəliklə köçmüşlər. Burada S.S.Axundovun rus-tatar məktəbini bitirmişdir.

M.F.Axundov adına Dövlət Teatr Texnikumunda təhsil aldıqdan sonra (1924-1926) taleyini milli səhnəyə bağlayır, Azərbaycan Akademik Dram Teatrında aktyor işləyir. İlk ədəbi-ictimai fəaliyyəti "Damğa" tənqid-təbliğ teatrında rejissorluğu dövründə kiçik həcmli əsərlər yazması ilə başlanır. Onun ilk əsəri "Mənzər" 1955-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında çap olunmuşdur. Gənc məzhəkəçilərin respublika müsabiqəsində I yeri tutduğuna görə "Qızıl medal"a layiq görülmüşdür. Xidmətlərinə görə SSRİ medalları ilə təltif olunmuşdur.

Məcid Şamxalov 1984-cü il oktyabrın 13-də Bakıda vəfat etmişdir.